CƏMİYYƏT


QHT sədri: Qarabağda qızıl, mis yataqlarımız qanunsuz istismar edilir

QHT sədri: Qarabağda qızıl, mis yataqlarımız qanunsuz istismar edilir

Bakı, 9 dekabr, AZƏRTAC

Qarabağ İqtisadi Zonasında cərəyan edən proseslər bizi çox narahat edir. Bu ərazilərdə qızıl, mis və molibden yataqları qanunsuz şəkildə istismar edilir və ölkədən çıxarılır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiyanın Bakıdakı səfirliyinin qarşısında keçirilən etiraz aksiyasının iştirakçısı, Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İsgəndərli deyib.

O bildirib: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilər bizim nəzarətimizdən kənardadır. Bu, təbii olaraq narahatlıq yaradır. Vətəndaş cəmiyyəti olaraq həmin ərazilərə monitorinq qrupunun göndərilməsinə imkan verilməsini istəyirik. İnanırıq ki, bu istiqamətdə istəyimizə nail ola biləcəyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.