CƏMİYYƏT


QHT təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri başlayıb

Şuşa, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə 130-dan çox QHT təmsilçisi iştirak edir.

Onlar şəhərdəki Saatlı, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərində olacaq, Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət edəcəklər. Nümayəndə heyəti ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binaları ilə yaxından tanış olacaqlar.

Sonra Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə, habelə Qazançı kilsəsində aparılan təmir-bərpa işlərinə baxış keçiriləcək.

QHT təmsilçiləri Şuşa şəhərində görülən abadlıq, quruculuq işləri ilə də yaxından tanış olacaqlar.

QHT təmsilçilərini müşayiət edən Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev səfərin əhəmiyyəti barədə geniş məlumat verib, iki gün ərzində ümumilikdə 300-ə yaxın QHT nümayəndəsinin Şuşaya səfər edəcəyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.