Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

QİƏT ÜZVÜ OLAN ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ 9-CU İCLASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR

Oktyabrın 31-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası keçirilmişdir.

Şuranın sədri, Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev iclası açaraq qonaqları salamlamış və onlara uğurlar arzulamışdır. Bu iclasın ölkəmizdə əlamətdar bir günə təsadüf etdiyini vurğulayan nazir, oktyabrın 15-də keçirilən seçkilərdə böyük üstünlüklə qələbə qazanmış Azərbaycan Prezidenti İlham Əliyevin məhz bu gün təntənəli andiçmə mərasimi olduğunu diqqətə çatdırmış, bütün iştirakçıları mərasimə dəvət etmişdir.

Sonra Vilayət Quliyev Azərbaycanın quruma sədrliyi dövründə görülən işlərlə bağlı hesabat vermişdir. Natiq demişdir ki, ötən altı ay ərzində Azərbaycan QİƏT ölkələri arasında, xüsusən də regionda nəqliyyat və energetika sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə çalışmışdır. Neft və qaz kəmərlərinin çəkilməsi, Qara dəniz və Xəzəryanı ölkələrdə nəqliyyat şəbəkəsinin gücləndirilməsi məqsədi ilə xüsusi sənədlər imzalanmış, bir sıra vacib addımlar atılmışdır. Turizm sahəsinin inkişafı üçün də layihələr hazırlanmışdır. Azərbaycan hesab edir ki, turizm təkcə biznesin deyil, bütün sahələrdə əlaqələrin inkişafı üçün vacibdir. QİƏT-in inkişafı üçün daha səmərəli addımlar atılmalıdır. Təşkilatla Avropa Birliyi, Dünya Bankı, eləcə də digər siyasi və maliyyə qurumları arasında əməkdaşlıq gücləndirilməlidir. Bir sıra layihələrin həyata keçirilməsi üçün güclü maliyyə yardımlarına ehtiyac vardır. Bundan başqa, QİƏT-in rəhbərliyinin, xüsusən də Baş katibinin statusu gücləndirilməli, ona əlavə səlahiyyətlər verilməlidir.

Vilayət Quliyev bir sıra problemlərin regional əməkdaşlığa əngəl yaratdığını da qeyd etmişdir.

Sonra QİƏT-in Baş katibi Valeri Çeçelaşvili çıxış etmişdir. Təşkilata rəhbərliyi dövründə Azərbaycanın rolunu yüksək qiymətləndirən baş katib demişdir ki, bir sıra regional layihələrin həyata keçirilməsində, inkişafın davamlılığının təmin olunmasında Şuranın indiki rəhbərinin xüsusi əməyi olmuşdur. O, Azərbaycanın quruma daha altı ay sədrlik edəcəyini bildirmişdir.

Türkiyə Respublikası Baş nazirinin müavini, dövlət naziri Əbdüllətif Şənər də öz çıxışında bir sıra layihələrin həyata keçirilməsində və təşkilatın çiçəklənməsində Azərbaycanın rolunu xüsusi qeyd etmişdir.

Sonra regionda enerji, nəqliyyat sahələrinin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, viza sənədləşmələrinin sadələşdirilməsi, fövqəladə vəziyyətlərdə kömək göstərilməsi, regional və beynəlxalq əməkdaşlığın perspektivləri barədə çıxışlar olmuş, təkliflər səslənmişdir.

Müzakirələr zamanı Qara dəniz regionundakı münaqişələrin region ölkələrinin inkişafına vurduğu ziyan, eləcə də problemin həlli yollarına da toxunulmuşdur.

Ermənistan xarici işlər nazirinin müavini Roben Şuqanyan çıxışında bildirib ki, regional münaqişələr, o cümlədən Dağlıq Qarabağ problemi danışıqlar yolu ilə həll olunmalıdır. Azərbaycanda və Ermənistanda gedən seçkilər Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların bir qədər səngiməsinə səbəb olmuşdur. Danışıqlar Ki-Uest və Paris razılaşmaları əsasında davam etdirilməlidir.

Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev isə demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar daha intensiv şəkildə davam etdiriləcəkdir. Sülh prosesi Azərbaycanın irəli sürdüyü tələblər tam nəzərə alınmaqla həyata keçirilməlidir. Ki-Uest və Parisdə heç bir razılaşma olmadığını bir daha xatırladan Vilayət Quliyev demişdir ki, danışıqlar prosesi üçün elə bir baza yaranmamışdır ki, indi də həmin nöqtədən başlanılsın. Ona görə də danışıqlar tam ağ səhifədən də başlana bilər.

Şura üzvləri təşkilati məsələyə baxaraq Azərbaycanın yenidən təşkilata sədrlik etməsini xahiş etmişlər. Qeyd olunmuşdur ki, əlifba sırası ilə Şuraya sədrlik Bolqarıstana verilməli idi. Amma Bolqarıstan gələn ildən ATƏT-ə sədrlik edəcəkdir. Bir dövlət eyni vaxtda iki beynəlxalq təşkilatda sədrlik edə bilməz. Azərbaycanın sədrliyi dövründə təşkilatın qazandığı uğurları yüksək qiymətləndirən Şura üzvləri ona görə də yenidən ölkəmizin bu təşkilata sədrlik etməsinə səs vermişlər.

Müzakirələr zamanı QİƏT-in digər qurumlarının roluna toxunulmuş, bu institutların daha da inkişaf etdirilməsi qərara alınmışdır.

İclasın sonunda QİƏT Parlament Assambleyasında qəbul olunacaq qərarların üzv dövlətlər tərəfindən baxılmasının zəruriliyinə imkan yaradan və təşkilatın parlamentariləri üçün bəzi imtiyazlar nəzərdə tutan “İmtiyazlar və immunitetlər haqqında” Protokol imzalanmışdır.

Bununla da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 9-cu iclası öz işini başa çatdırmışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır