DÜNYA
QİÇS VİRUSU TİPLƏRİNİN 90 FAİZİNƏ QARŞI ANTİCİSİMLƏR TAPILMIŞDIR
Bakı, 10 iyul (AZƏRTAC). Alimlər yoluxmuş hüceyrələrlə aparılan eksperimentlərdə QİÇS virusunun məlum ştammlarının 90 faizinin öhdəsindən gəlməyə qadir olan insana məxsus iki yeni anticisim aşkar etmişlər. Bu o deməkdir ki, həmin anticisimlər QİÇS əleyhinə vaksinin yaradılmasını sürətləndirə, bu xəstəliyin mövcud müalicə üsullarını yaxşılaşdıra bilər.
Eksperimentlər göstərmişdir ki, virusun müxtəlif ştammlarından az fərqlənən, buna görə də İÇV əleyhinə universal vasitəyə çevrilən VRC01 və VRC02 anticisimləri immun çatışmazlığı virusunun qişasına qoşulmağa qadirdir. Virus xəstəliklərinə qarşı ənənəvi vaksinasiya - insana canlı, lakin zəif virusun peyvənd edilməsi üsulu bu halda işə yaramır, çünki İÇV-ə yoluxmuş heç bir insan indiyədək sağalmamışdır və hər bir yoluxma mütləq xəstəliklə nəticələnir.
Odur ki, alimlər virusda anticisimlərin fəaliyyət sahələrini tapmağa çalışırlar. İÇV-1-i neytrallaşdıran anticisimlər yoluxmuş insanların orqanizmində əmələ gəlir. Odur ki, təbii yoluxma zamanı əmələ gəlmiş anticisimlər təsirli vaksini tapmağa kömək edə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]