CƏMİYYƏT
QİÇS xəstəliyinə narkotik istifadəçiləri daha çox yoluxur
Bakı, 1 dekabr, AZƏRTAC
QİÇS xəstəliyinə narkotik istifadəçilərinin daha çox yoluxduğu müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş dəyirmi masada deyib.
Onun sözlərinə görə, bu xəstəlik özünü daha çox 25-49 yaş qrupunda göstərir: "Narkotik istifadəçiləri və risk qrupları arasında respublika QİÇS-lə mübarizə mərkəzi zəruri əks-epidemik tədbirlər aparır. Eyni zamanda vərəmin azaldılması layihəsi də fəaliyyət göstərir. Həmçinin, ötən 10 ildə ineksion narkotik istifadəçiləri arasında bu xəstəliyin ötürülməsi 2 dəfə azalıb".
Onun sözlərinə görə, son 10 ayda İİV-ə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşıdır. 68 faizi kişi, 32 faizi isə qadındır.