QIRĞIZISTANDA SEÇİCİLƏRİN BARMAĞINA XÜSUSİ MƏHLUL SÜRTƏCƏKLƏR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Qırğızıstanda prezident və parlament seçkiləri günü seçicilərin barmağına xüsusi məhlul sürtəcəklər. Bu məhlulu bir sutka ərzində yumaq mümkün deyil. Qırğızıstanda belə hesab edirlər ki, bu vasitə ilə seçkilərdə saxtalaşdırmanın qarşısını almaq mümkün olacaqdır. Belə ki, seçkiyə təkrar gəlmək istəyən seçici tanınacaq.

Qırğızıstan prezidenti mətbuat xidmətinin yaydığı məlumata görə, Prezident Əsgər Akayev bu məsələ ilə bağlı müvafiq qanun imzalamışdır. Qanun parlamentin hər iki palatası tərəfindən qəbul edilmişdir.

ABŞ-ın Qırğızıstandakı səfiri Stiven Yanq bildirmişdir ki, onun hökuməti bu məsələdə bütün xərcləri öz üzərinə götürməyə hazırdır.

Xatırladırıq ki, ölkədə prezident və parlament seçkiləri 2005-ci ildə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.