DÜNYA
QIRĞIZISTAN XÜSUSİ XİDMƏT İDARƏSİNİN BAŞÇISI YENİ HƏBSLƏRİN MÜMKÜNLÜYÜNÜ İSTİSNA ETMİR
Xatırladaq ki, bu qalmaqal bir neçə gün əvvəl qopmuşdur. O vaxt MTX xarici ölkələrin və terrorçu təşkilatların xeyrinə işləyən 10 yüksək vəzifəli məmuru həbs etmişdir.
İmankulovun sözlərinə görə, şübhələnilənlərin hər birinin həbsi zamanı külli miqdarda sənədlər müsadirə olunmuşdur və hazırda bütün mümkün informasiya sızması kanallarının aşkara çıxarılması istiqamətində ciddi araşdırmalar aparılır. O demişdir: ”İnformasiya sızması müxtəlif dövlət qurumlarından - müdafiə, ədliyyə, xarici işlər nazirliklərindən, Təhlükəsizlik Şurasından olmuşdur. Bu insanlar dövlət sirri olan məlumatlarla alver edirdilər. Qrupun özəyi güc qurumlarının keçmiş əməkdaşlarından ibarətdir”.
MTX-nin sədri casusluqda şübhəli bilinərək tutulanların soyadlarını və vəzifələrini açıqlamamışdır. Lakin MTX əməkdaşlarının bununla əlaqədar bir il çalışdıqlarını vurğulamışdır.