İQTİSADİYYAT
QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN MƏLUMATI
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi ilə əlaqədar, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədrinin 2002-ci il 11 aprel tarixli əmri ilə “Kredit təşkilatlarının depozit sertifikatlarının emissiyasının dövlət qeydiyyatı üçün ödənilən dövlət rüsumu haqqında”; “Qiymətli kağızlar buraxılışının emissiya prospektinin qeydiyyatı ücün ödənilən dövlət rüsumu haqqında”; “Dövlət daxili uduşlu istiqrazlarının buraxılışının emissiya prospektinin dövlət qeydiyyatına alınması üçün ödənilən dövlət rüsumu haqqında”, “Azərbaycan Respublikasında veksellərin dövlət reyestrinə daxil edilməsi və uçot təşkilatlarının qeydiyyata alınması üçün ödənilən hədd barədə”, “Azərbaycan Respublikasında çeklərin dövlət reyestrinə daxil edilməsi üçün ödənilən haqq barədə”, “Dövlət qısamüddətli istiqrazlarının buraxılışının emissiya prospektinin dövlət qeydiyyatına alınması üçün ödənilən dövlət rüsumu haqqında” Təlimatlar qüvvədən düşmüş hesab edilmişdir.