İQTİSADİYYAT
QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT KOMİTƏSİ ŞİKAYƏTLƏRƏ BAXIR
2002-ci ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) 550 SC səhmdarlarının hüquqlarının pozulması məsələsi ilə bağlı 130-dan çox şikayət daxil olmuşdur. Komitənin mütəxəssisləri həmin cəmiyyətlərin fəaliyyətini yoxlayaraq, səhmdarların ümumi iclasının keçirilməsi ilə bağlı 5 ciddi qanun pozuntusu aşkar etmişlər. Qanun pozucuları 56 milyon manat məbləğində cərimə olunmuşlar. Hazırda 70 səhmdar cəmiyyətinin fəaliyyəti öyrənilir.
2001-ci il ilə müqayisədə QKDK-ya daxil olan şikayətlərin sayı xeyli artmışdır. Xatırladaq ki, yeni minilliyin ilk ilində Dövlət Komitəsinə 100-ə yaxın şikayət ərizəsi daxil olmuş, 70 səhmdar cəmiyyəti 25 milyon manat məbləğində cərimə edilmişdi.