Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

QİYMƏTLİ METALLAR VƏ QİYMƏTLİ DAŞLAR HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. həmin qanunun 1.1.9-cu və 11.2.7.-ci maddələrində nəzərdə tutulmuş qiymətli metallar və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslərin, hərbi hissələrin və hərbi qurumların və sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan məşğul olan fiziki şəxslərin uçotunun aparılması qaydalarını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.5. həmin qanunun 4.6-cı maddəsində nəzərdə tutulmuş mülkiyyət formasından asılı olmayaraq qiymətli metallar və qiymətli daşlarla, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatları ilə əməliyyatlar həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının uçotunun aparılması, statistik məlumatların təqdim edilməsi qaydasının və formasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.6. həmin qanunun 6.2-ci və 15.1-ci maddələrində müvafiq olaraq nəzərdə tutulmuş qiymətli metalların affinajını həyata keçirən hüquqi şəxslərə dair tələblərin və müvafiq hüquqi şəxslərin siyahısının, affinaj işi aparan hüquqi şəxslərin fəaliyyət qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.7. həmin qanunun 8.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının qızıl ehtiyatının bir hissəsinin saxlanılması və istifadə olunması qaydası barədə Azərbaycan Respublikasının qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.8. həmin qanunun 9.1.2-ci və 9.2.6-cı maddələrinə müvafiq olaraq nəzərdə tutulmuş qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində ayrı-ayrı fəaliyyət növləri barədə xüsusi razılıq sistemi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.9. həmin qanunun 9.1.3-cü və 9.2.3-cü maddələrinə müvafiq olaraq nəzərdə tutulmuş qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanan məhsulların uçotuna, saxlanmasına, daşınmasına, hesabatının aparılmasına, habelə onlarla əməliyyatlar aparılması barədə qaydaların layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.10. həmin qanunun 9.1.4-cü və 9.2.7-ci maddələrinə müvafiq olaraq nəzərdə tutulmuş, hasil edilmiş, habelə Azərbaycan Respublikası ərazisinə gətirilmiş və emal edilməmiş qiymətli daşların, o cümlədən təbii almazların çeşidlənməsi, təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə dövlət nəzarətinin qaydaları barədə Azərbaycan Respublikasının qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.11. həmin qanunun 9.1.5-ci və 11.2.1-ci maddələrinə müvafiq olaraq nəzərdə tutulmuş qiymətli metallardan hazırlanmış məhsulların, o cümlədən zərgərlik və digər məişət məmulatlarının əyarlaması və damğalanması qaydaları barədə Azərbaycan Respublikasının qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.12. həmin qanunun 9.1.6-cı və 11.3-cü maddələrinə müvafiq olaraq nəzərdə tutulmuş dövlət rüsumu alınan əyar işlərin siyahısına və dövlət rüsumunun miqdarı barədə Azərbaycan Respublikasının qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.13. həmin qanunun 9.2.9-cu və 12.3-cü maddələrində nəzərdə tutulmuş qiymətli metalların və qiymətli daşların sertifikatlaşdırma qaydaları, onlardan hazırlanan məhsulların (zərgərlik və digər məişət məmulatları istisna olmaqla) növlərinin siyahısını, sertifikatlaşdırma formalarını, habelə bu məhsul növlərinin sertifikatlaşdırmasını tələb edən hallar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.14. həmin qanunun 10.4-cü maddəsinin birinci cümləsinə müvafiq olaraq hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda qiymətli metalların və qiymətli daşların qırıntıları və tullantıları yarandıqda həmin qırıntıların və tullantıların mütləq yığılması və onların uçotunun aparılması qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.15. həmin qanunun 10.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qiymətli metalların və qiymətli daşların qırıntılarını və tullantılarını yığan hüquqi şəxslər, o cümlədən hərbi hissələr və hərbi qurumlar tərəfindən həmin qırıntıların və tullantıların təkrar istifadə üçün emal (təkrar emal) olunma qaydalarının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.16. həmin qanunun 11.2.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əyar damğalarının və ad damğalarının izlərinin ekspertizasının keçirilməsi halları və qaydaları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.17. həmin qanunun 11.2.3-cü maddəsində nəzərdə tutulmuş qiymətli metalların, onlardan hazırlanan məhsulların, habelə qiymətli metal qırıntılarının və tullantılarının analizinin və ekspertizasının keçirilməsi halları və qaydaları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.18. həmin qanunun 11.2.4-cü maddəsində nəzərdə tutulmuş qiymətli daşların ekspertizasının və diaqnostikasının keçirilməsi halları və qaydaları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.19. həmin qanunun 11.2.6-cı maddəsində nəzərdə tutulmuş qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış muzeylərdə və qanunvericiliklə müəyyən edilmiş digər yerlərdə saxlanılan əşyaların ekspertizasının keçirilməsi halları və qaydaları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.20. həmin qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi zamanı onların kəmiyyətinin, keyfiyyətinin uçotunun və hesabatın aparılma qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.21. həmin qanunun 15.5-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş qiymətli metalların və qiymətli daşların nadir kateqoriyaya aid olunması qaydaları və meyarları barədə təklifləri hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.22. həmin qanunun 15.5-ci maddəsinin üçüncü cümləsində nəzərdə tutulmuş qiymətli metal külçələrinin qiymətləndirilməsi və sertifikatlaşdırılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.23. həmin qanunun 17.2.1-ci maddəsinə müvafiq olaraq qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, uçotu və saxlanılması üzərində nəzarət həyata keçirilən hüquqi şəxslərin siyahısının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.24. həmin qanunun 19.2-ci maddəsində nəzərdə tutulmuş qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, dövriyyəsi və onlardan hazırlanmış məhsulların daşınması zamanı qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi ilə məşğul olan hüquqi şəxslər, habelə qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar həyata keçirən fərdi sahibkarlar tərəfindən onların mühafizəsinin həyata keçirilməsi qaydalarını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.25. həmin qanunun 20.2-ci maddəsinə müvafiq olaraq qiymətli metallardan zərgərlik və digər məişət məmulatlarının hazırlanması ilə məşğul olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən məhsullarına öz ad damğalarının vurulması qaydalarını Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.26. həmin qanunun 11.1-ci maddəsində müəyyən edilmiş dövlət əyar nəzarətini həyata keçirən "müvafiq icra hakimiyyəti orqanı" barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.27. həmin qanunun 4.5-ci maddəsinin birinci cümləsində, 10.2-ci maddəsinin ikinci cümləsində, 15.4-cü maddəsinin birinci cümləsində 15.5-ci maddəsinin dördüncü cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini və 18.1-ci, 18.2-ci, 18.2.1-ci maddələrində, 21-ci maddəsinin adında və 21.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq dövlət orqanları"nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.28. öz səlahiyyətləri daxilində "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 4.3-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 1998-ci il 27 aprel tarixli 701 nömrəli, "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin 1999-cu il 13 fevral tarixli 102 nömrəli fərmanlarına uyğun olaraq müəyyən edilmiş icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.2. həmin qanunun 7.3-cü və 7.4-cü maddələrində, 8.2-ci maddəsinin ikinci cümləsində, 13.3-cü maddəsində, 17.2.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.3. həmin qanunun 9.4-cü maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.4. həmin qanunun 4.6-cı və 6.2-ci maddələrində, 10.3-cü maddəsinin ikinci cümləsində, 10.4-cü maddəsinin birinci və ikinci cümləsində, 12.3-cü maddəsində, 15.1-ci maddəsinin birinci və üçüncü cümlələrində, 15.2-ci maddəsində və 15.5-ci maddəsinin birinci və üçüncü cümlələrində, 19.2-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.5. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 1.1.9-cu və 11.2.7-ci maddələrinə müvafiq olaraq qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar həyata keçirən:

2.5.1. hüquqi şəxslərin uçotunu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi aparır;

2.5.2. sahibkarlıq fəaliyyəti ilə hüquqi şəxs yaratmadan məşğul olan fiziki şəxslərin uçotunu Azərbaycan Respublikasının Vergilər Nazirliyi aparır;

2.5.3. hərbi hissələrin və hərbi qurumların uçotunu Azərbaycan Respublikasının Müdafiə Nazirliyi aparır;

2.6. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikasında istehsal edilərək dövriyyəyə buraxılan qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məmulatları istehsal olunan yerlərdə qanunvericiliklə müəyyən edilmiş qaydada əyarlanır və damğalanır;

2.7. Azərbaycan Respublikasının gömrük sərhədindən qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların (o cümlədən zərgərlik və digər məişət məmulatlarının) keçirilməsi Azərbaycan Respublikasının valyuta qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir;

2.8. Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan qiymətli metalların və qiymətli daşların, habelə onlardan hazırlanmış məhsulların (o cümlədən zərgərlik və digər məişət məmulatlarının) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci 31 may tarixli 105 nömrəli qərarının təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları"na müvafiq olaraq həyata keçirilir;

2.9. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 11.2.2, 11.2.6-cı maddələrində nəzərdə tutulmuş məsələlərlə bağlı ekspertiza, analiz və diaqnostika qiymətli metalların və qiymətli daşların istehsalını, emalını, istifadəsini (onların sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal, elmi, sosial-mədəni və investisiya məqsədləri üçün emalı, işlənilməsi və tətbiq edilməsi) və onlardan məhsulları (o cümlədən zərgərlik və digər məişət məmulatlarını) girov qəbul edən və bu sahədə vasitəçilik xidməti göstərən hüquqi şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin müraciətləri əsasında həyata keçirilir;

2.10. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 9.2.5-ci maddəsinə müvafiq olaraq qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi barədə Azərbaycan Respublikası qanunvericiliyinə əməl olunmasına nəzarət müvafiq olaraq yerin təki, standartlaşma, sertifikasiya, statistika, valyuta tənzimi, gömrük qanunvericiliyi ilə və mülki qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət olunması hissəsində həmin qanunvericiliyə və bu fərmana uyğun həyata keçirilir;

2.11. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 11.2.8-ci maddəsinə müvafiq olaraq qiymətli metallarla və qiymətli daşlarla əməliyyatlar aparan hüquqi şəxslərdə, o cümlədən hərbi hissələrdə və hərbi qurumlarda, habelə fərdi sahibkarlarda qiymətli metalların və qiymətli daşların istifadəsi (onların sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən istehsal, elmi, sosial-mədəni və investisiya məqsədləri üçün emalı, işlənilməsi və tətbiq edilməsi), saxlanılması və uçotu üzərində dövri dövlət nəzarəti standartlaşma, sertifikasiya, statistika, mühasibat uçotu haqqında qanunvericiliyə, bank qanunvericiliyinə və bu fərmana uyğun həyata keçirilir;

2.12. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 17.2.1-ci maddəsinə əsasən müəyyən edilən hüquqi şəxslərdə qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi, uçotu və saxlanılması üzərində nəzarət müvafiq olaraq yerin təki, standartlaşma, sertifikasiya, statistika, mühasibat uçotu, bank, valyuta tənzimi, gömrük qanunvericiliyinə, mülki qanunvericiliyə və bu fərmana uyğun həyata keçirilir;

2.13. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 17.2.2-ci maddəsində nəzərdə tutulmuş qiymətli metalları və qiymətli daşları istehsal, emal və istifadə edən, habelə onlardan hazırlanan məhsulları (o cümlədən zərgərlik və digər məişət məmulatlarını) satın alan, girov qəbul edən və bu sahədə vasitəçilik xidməti göstərən, həmin məhsulları (məmulatları, materialları) saxlayan və sərgilərini təşkil edən, qırıntıları və tullantıları tədarük edən hüquqi şəxslərdə nəzarət müvafiq olaraq yerin təki, standartlaşma, sertifikasiya, statistika, mühasibat uçotu, bank, valyuta tənzimi, gömrük qanunvericiliyinə, mülki tullantılar və muzeylər haqqında qanunvericiliyə və bu fərmana uyğun həyata keçirilir;

2.14. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 17.2.3-cü maddəsində nəzərdə tutulmuş öz fəaliyyətində qiymətli metalların və qiymətli daşların, onların qırıntıları və tullantılarının emalını, istifadəsini, yığılmasını, tədqiqini həyata keçirən hüquqi şəxslərdə, hərbi hissələrdə və hərbi qurumlarda aparılan nəzarət müvafiq olaraq yerin təki, standartlaşma, sertifikasiya, statistika, mühasibat uçotu, valyuta tənzimi, gömrük qanunvericiliyinə, mülki və tullantılar haqqında qanunvericiliyə və bu fərmana uyğun həyata keçirilir.

2.15. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 17.2.4-cü maddəsində nəzərdə tutulmuş fərdi sahibkarlar tərəfindən qanunvericiliyə uyğun olaraq qiymətli metallarla və qiymətli daşlarla aparılan əməliyyatlara nəzarət müvafiq olaraq yerin təki, standartlaşma, sertifikasiya, statistika, mühasibat uçotu, bank, valyuta tənzimi, gömrük qanunvericiliyinə, mülki tullantılar və muzeylər haqqında qanunvericiliyə və bu fərmana uyğun həyata keçirilir;

2.16. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 17.2.5-ci maddəsində nəzərdə tutulmuş dövlət əyar nəzarəti "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununa və bu fərmana uyğun həyata keçirilir;

2.17. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 17.2.6-cı maddəsində nəzərdə tutulmuş qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (o cümlədən zərgərlik və digər məişət məmulatlarının) Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə və ölkənin ərazisindən çıxarılmasına dövlət nəzarəti bu fərmanın 2.9-cu və 2.10-cu bəndlərinə uyğun həyata keçirilir;

2.18. "Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsində nəzərdə tutulmuş qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanlarının vəzifəli şəxslərinin hüquqları müvafiq sahələrdə fəaliyyəti tənzimləyən qanunlarda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 22 noyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin