İDMAN
“QIZIL QRAN-PRİ” BEYNƏLXALQ TURNİRİNDƏ İŞTİRAK EDƏCƏK GÜLƏŞÇİLƏRİMİZİN ADLARI MƏLUMDUR
Məşqçi Aslan Ağayev hazırda Gəncə Olimpiya İdman Kompleksində təlim-məşq toplantısında olan sərbəst güləş üzrə yığmanın heyətinə Namiq Sevdimovu ( 55 kq), Vüsal Əliyevi (60 kq), Elman Əsgərovu (66 kq), Elnur Aslanovu (74 kq), Hacı Əlicanovu (84 kq), Eldar Atakişiyevi (96 kq) və Xızır Durqayevi (120 kq) daxil etmişdir.
Baş məşqçi Elçin Cəfərovun rəhbərliyi ilə T.Bəhramov adına Respublika stadionunun güləş zalında məşq edən yunan-Roma güləşi üzrə yığmanın heyətinə isə Rövşən Bayramov (55 kq), Cavid Abdullayev (55 kq), Vitali Rəhimov (60 kq), Fuad Əliyev (60 kq), Elbrus Məmmədov (66 kq), İlqar Abdulov (74 kq) və Elvin Mürsəliyev (74 kq) daxildir.
Yarışları ABŞ-dan olan baş hakim Riçard Tutçinin rəhbərliyi ilə 40 nəfərdən ibarət hakimlər briqadası idarə edəcəkdir. Həmin heyətdə beynəlxalq dərəcəli hakimlərimiz Xanmirzə Məlikəliyev, Hicran Şərifov və Qərib Əliyev də vardır.