İDMAN
“QIZIL QRAN-PRİ” TURNİRİNİN İLK GÜNÜNÜN QALİBLƏRİ MƏLUM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 23-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə “Qızıl Qran-pri” turnirinin final mərhələsi çərçivəsində kişilər arasında 7 çəki dərəcəsində mübarizənin qalibləri məlum olmuşdur.
Rövşən Bayramov (55 kq, Azərbaycan), Ağbolaq Aşkani (60 kq, İran), Həmid Reyhani (66 kq, İran), İlqar Abdulov (74 kq, Azərbaycan), Əvlucə Nəzmi (84 kq, Türkiyə), Vasili Teplokov (96 kq, Rusiya), Georgi Sursunya (120 kq, Qazaxıstan) turnirin qızıl medallarını qazanmışlar.
Tanınmış pəhləvanlarımızdan Cavid Abdullayev (55 kq), Fuad Əliyev (60 kq) və Elbrus Məmmədov (66 kq) yarışların bürünc medallarına sahib olmuşlar.
İyunun 24-də qadınlar, iyunun 25-də isə kişilər arasında sərbəst güləş üzrə yarışlar keçiriləcəkdir. Xatırladaq ki, birinci yerə çıxan güləşçilərə 5 min, ikinci yeri tutanlara 3 min, üçüncü yerin sahiblərinə ( iki nəfər) 1500 ABŞ dolları məbləğində pul mükafatı veriləcəkdir.