SİYASƏT
QKDK İLİN BİRİNCİ YARISINI YAXŞI GÖSTƏRİCİLƏRLƏ BAŞA VURMUŞDUR
O xatırlatdı ki, “Azərbaycan Respublikasının Prezidenti Yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” 1999-cu il 26 iyul tarixli Prezident Fərmanı, habelə müvafiq normativ sənədlərin və qanunların qəbul olunması qiymətli kağızlar bazarının formalaşmasına və bu sahədə vahid dövlət siyasətinin həyata keçirilməsinə şərait yaratmışdır.
Komitə sədri ilin birinci yarısında qısamüddətli istiqraz vərəqələrinin yerləşdirilməsi, opsionların buraxılışı, səhmlərin dövlət qeydiyyatı, depozit sertifikatlarının dövlət qeydiyyatı, dövlət rüsumunun tutulması, Milli Depozit Mərkəzinin fəaliyyəti, veksel dövriyyəsi və aksiz markaların dövriyyəsi, səhmdarların hüquqlarının qorunması sahəsində görülən işlər, qurumun beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir.
Bildirilmişdir ki, cari ilin ilk altı ayında Bakı Fond Birjasında 240 398 000 000 manat məbləğində qısamüddətli istiqraz vərəqələri yerləşdirilmiş, 242 000 özəlləşdirmə opsionu buraxılması müqabilində 1 482 250 000 manat vəsait əldə olunmuş, 75 896 180 000 manat məbləğində 53 səhm və 500 000 ABŞ dolları məbləğində 1 səhm buraxılışı, Milli Depozit Mərkəzi tərəfindən 10 837 934 ədəd səhm üzrə 2308 alqı-satqı əqdi qeydiyyata alınmışdır.
Komitənin sədri sonda mətbuat nümayəndələrini maraqlandıran suallara cavab vermişdir.