CƏMİYYƏT


QMİ-də Vətən müharibəsi ilə bağlı yerli və xarici media nümayəndələri üçün brifinq keçirilib

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycandakı dini konfessiya rəhbərlərinin iştirakı ilə Vətən müharibəsi ilə bağlı yerli və xarici media nümayəndələri üçün brifinq keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.

Sonra Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyalarla birgə bəyanatı oxunub.

Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Vətən uğrunda şəhid olanların xalqımızın yaddaşında daim yaşayacaqlarını bildirib. Qeyd edib ki, belə vətənpərvər övladları olan ölkə heç zaman məğlub ola bilməz. Bu gün Azərbaycan Vətən müharibəsi aparır, şəhidlərimiz, yaralılarımız var. Azərbaycan xalqına, şəhid ailələrinə başsağlığı verir, yaralananlara Allahdan şəfa diləyirəm.

QMİ sədri bildirib ki, Ermənistan 1990-cı illərdə xalqımıza qarşı törətdikləri vandalizm aktlarını bu gün də davam etdirmək istəyirlər. Lakin bu gün Azərbaycan güclü dövlətdir. Azərbaycanın güclü Ordusu və güclü Lideri var. Azərbaycan Prezidenti bir-birindən uğurlu addımlar sayəsində işğal altındakı torpaqlarını azad edir. Qafqaz Müsəlmanları İdarəsi də öz fəaliyyəti ilə dövlətimizin başçısına dəstək olur. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən dünyanın bir çox ölkələrinə erməni vandalizmi barədə məktublar yazılıb, bu ölkələrin rəhbər şəxsləri məlumatlandırılıb. Ermənistanın ən çox qabartmaq istədiyi məsələ münaqişəni dinlərarası müstəviyə daşımaq idi. Lakin onların bu planı da baş tutmadı.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri Aleksandr İşein, Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Melih Yevdayev, Azərbaycanda katolik icmasının rəhbəri Vladimir Fekete, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili və Avropa Yəhudilərinin Bakı dini icmasının rəhbəri Aleksandr Şarovski erməni vandalizmi barədə fikirlərini bildiriblər. Qeyd edilib ki, təcavüzkar siyasətindən, müharibə cinayətlərindən və insanlıq əleyhinə yönəlmiş çirkin əməllərdən əl çəkməyən işğalçı Ermənistan silahlı qüvvələri BMT Nizamnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüquq normalarını, habelə humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutmaqda davam edir.

Tədbir sualların cavablandırılması ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.