QOCAMAN PEDAQOQUN YUBİLEYİ QEYD OLUNMUŞDUR
AzerTAg.az
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Bakı Slavyan Universitetində qocaman müəllim, Böyük Vətən Müharibəsinin iştirakçısı, psixologiya kafedrasının dosenti Rəşid Rəsulovun anadan olmasının 80, pedaqoji fəaliyyətinin 64 illiyi qeyd olunmuşdur.
Tədbiri Universitetin rektoru, filologiya elmləri doktoru, professor Kamal Abdullayev açaraq yubilyarı təbrik etmiş, pedaqoji kadrların hazırlanmasında onun yorulmaz fəaliyyətindən danışmışdır.
Təhsil naziri Misir Mərdanov yubilyarı əlamətdar gün münasibətilə təbrik etmiş, ona gələcək fəaliyyətində uğurlar və cansağlığı arzulamışdır. Sonra nazir təhsil sahəsində uzun illər səmərəli fəaliyyətinə görə başçılıq etdiyi qurumun Fəxri fərmanını ona təqdim etmişdir.
Akademik Fuad Qasımzadə, müəllimlər və tələbələr Rəşid müəllim haqqında ürək sözlərini söyləmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var