İDMAN


QOCYU-RYU ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI KEÇİRİLƏCƏKDİR

AZƏRTAC xəbər verir ki, Gənclər, İdman və Turizm Nazirliyinin, Azərbaycan Karate Federasiyaları Assosiasiyasının və Azərbaycan Qocyu-ryu Okinava Karate-do və Kobu-do növləri Federasiyasının təşkilatçılığı ilə dekabrın 19-20-də Maştağa Olimpiya İdman Kompleksində qocyu-ryunun iriqumi-qo və iriqumi-cyu növləri üzrə açıq ölkə çempionatı keçiriləcəkdir.

Uşaqlar, yeniyetmələr, gənclər, kişi və qadınlar arasında keçiriləcək yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Rusiya, İran və Qazaxıstandan 300-ə yaxın idmançı iştirak edəcəkdir. Yarışları beynəlxalq dərəcəli hakim Əliqulu Abbasovun başçılığı ilə hakimlər briqadası idarə edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.