SİYASƏT
QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ NÖVBƏTİ MONİTORİNQ KEÇİRİLƏCƏK
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 6-da Azərbaycan Respublikası və Ermənistan Respublikası silahlı qüvvələrinin Tərtər rayonunun Qapanlı kəndi sahəsində qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus, Kennet Pikles və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Yurgen Şmidt, Miroslav Vimetal və ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun nümayəndəsi icra edəcəklər.