QROZNIDA BAŞ VERMİŞ HADİSƏ DAHA ÇOX KRİMİNAL XARAKTER DAŞIYIR
AzerTAg.az
AZƏRTAC-ın İTAR-TASS agentliyinə istinadla verdiyi xəbərə görə, Çeçenistan Respublikası DİN-də hesab edirlər ki, avqustun 29-da səhər Qroznı şəhərindəki seçki məntəqələrindən birinin yaxınlığında baş vermiş qumbara partlayışı terror aktından daha çox cinayət xarakteri daşıyır. Çeçenistan DİN-in mətbuat katibi Ruslan Atsayev demişdir:“ Səhər saat 9-a yaxın post-patrul xidmətinin əməkdaşı sənədlərini yoxlamaq üçün bir gənci küçədə saxlamağa cəhd göstərərkən o, qəflətən qumbara çıxarıb partlatmış və özü də hadisə yerində həlak olmuşdur”.
Qumbaranı partladan adamın şəxsiyyəti artıq müəyyən olunmuşdur. Bu, Qroznının Staropromıslovski rayonundan olan 1979-cu il təvəllüdlü Rüstəm Çebiyevdir.
Çeçenistan DİN-in nümayəndəsi bildirmişdir ki, seçkilər günü respublikada vəziyyət ümumən sakit idi. Belə ki, ötən gün ərzində cəmi üç ciddi hüquq pozuntusu qeydə alınmışdır.
Xəbərin mətnində orfoqrafik səhv var