REGİONLAR
QRUNT SULARINI ARTIRAN SƏBƏBLƏR ÖYRƏNİLİR
Hazırda torpaqlardan səmərəli istifadə olunması, yüksək məhsuldarlığın təmin edilməsi məqsədilə bir sıra yerlərdə xüsusi mütəxəssislər qrupu işləyir. Bu qrup əkin sahələrinə, fərdi yaşayış evlərinə ziyan vuran, fermer və özəl torpaq sahibləri üçün çətinliklər yaradan qrunt sularının artma səbəblərini araşdırır.
Rayona dəvət olunmuş və qrupa rəhbərlik edən “Azdövsutəslayihə” İnstitutunun nümayəndəsi Sahib Baloğlanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, adətən şoran ərazilərdə mütəmadi yağış nəticəsində üzə çıxan qrunt suları hazırda Ərəbmehdibəy, Xəlilli, Mustafalı, Ağabəyli və s. kəndlərdə 29 min hektar əkin sahəsinə, 1000-dək fərdi yaşayış evinə ziyan vurmuşdur. Araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, qrunt sularının çoxalması səbəbləri çaydan və kanaldansızma ilə yanaşı, həm də mövcud kollektor-drenaj şəbəkələrinin suburaxma qabiliyyətini itirməsidir. Bununla əlaqədar lazımi sənədlər tərtib olunmuş, təkliflər hazırlanmışdır.