QUDUZLAŞMIŞ YARASALAR
AzerTAg.az
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Braziliyada yarasaların hücumu nəticəsində 12 adam həlak olmuşdur.
Braziliya Səhiyyə Nazirliyinin nümayəndəsi bildirmişdir ki, ölənlərin hamısı quduzluq xəstəliyinə tutulmuşdur.
Onun sözlərinə görə, qısa müddət ərzində Amazonka çayının deltasında 300 adam yarasaların hücumuna məruz qalmışdır. Zərərçəkənlərin çoxu quduzluq əleyhinə peyvənd edildiyi üçün tələfat az olmuşdur.
Hazırda yarasaların hücumuna məruz qalaraq, quduzluğa tutulmaqda şübhəli bilinən yeddi adam xəstəxanadadır.
Ətraf mühiti mühafizə təşkilatının məlumatına görə, meşələrdə ağacların kəsilməsi ilə əlaqədar yarasaların məskunlaşdığı ərazilərin xeyli azalması onların təcavüzkarlığına səbəb olmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var