Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

QULLUQ ŞƏRAITI HƏYAT VƏ SAĞLAMLIQ ÜÇÜN TƏHLÜKƏLI OLAN, YAXUD XÜSUSILƏ AĞIR OLAN DÖVLƏT ORQANLARINDA DÖVLƏT QULLUQÇULARININ VƏZIFƏ MAAŞLARI ÜÇÜN ARTIQ ƏMSALIN MÜƏYYƏN EDILMƏSI HAQQINDA

AZƏRBAYCAN RESPUBLIKASININQANUNU

Bu Qanun «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi və təyin edilməsinin ümumi qaydalarını tənzimləyir.

Maddə 1. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud

xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün

artıq əmsalın müəyyən edilməsi haqqında qanunvericilik

Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsalın müəyyən edilməsi bu Qanunla, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu və digər normativ hüquqi aktları ilə tənzimlənir.

Maddə 2. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud

xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün

artıq əmsalın təyin edilməsi üçün əsas

Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçularının vəzifə maaşları üçün artıq əmsal qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarının və müvafiq dövlət qulluğu vəzifələrinin siyahısı əsasında təyin edilir.

Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarının və müvafiq dövlət qulluğu vəzifələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

2

Maddə 3. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud

xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün

artıq əmsalın müəyyən edilməsi qaydası və məbləği

Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçusunun vəzifə maaşları üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş artıq əmsal tətbiq olunur. Bu artıq əmsala uyğun vəzifə maaşına artım hər ay dövlət məvacibi ilə birlikdə ödənilir və dövlət qulluqçularının orta dövlət məvacibi hesablanarkən nəzərə alınır.

Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal dövlət qulluqçusunun müvafiq vəzifəyə təyin edildiyi gündən tətbiq edilir.

Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli olan, yaxud xüsusilə ağır olan dövlət orqanlarında dövlət qulluqçusunu müvəqqəti əvəz edən şəxsin vəzifə maaşına əvəz etdiyi dövr üçün əvəz edilənin vəzifə maaşına uyğun artıq əmsal təyin edilir.

Maddə 4. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin