İDMAN


QUSARDA GƏNCLƏR EVİ AÇILMIŞDIR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, dekabrın 29-da Qusar şəhərinin mərkəzində Gənclər evi açılmışdır.

Bu münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Şair Alxasov, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, gənclər və idman idarəsinin rəisi David İbrahimxəlilov, ağsaqqallar şurasının sədri İsgəndər Quliyev və başqaları çıxış etmişlər. Natiqlər ölkəmizdə aparılan geniş quruculuq işlərindən, gənclərə göstərilən qayğıdan, gələcəkdə görüləcək işlərdən söz açmışlar. Bəyan edilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin xalqın rifahının yüksəldilməsinə yönəlmiş siyasətinə cavab olaraq qusarlılar qarşıdan gələn prezident seçkilərində yekdilliklə onun namizədliyini dəstəkləyəcəklər.

Kompyuter və istirahət otaqları, konfrans zalı olan, xüsusi istilik və işıqlandırma sistemləri ilə təmin edilmiş Gənclər evi müasir tələblərə uyğun əsaslı surətdə yenidən qurulmuş binada fəaliyyət göstərəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.