Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

QUSAR RAYONUNUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ SÜRƏTLƏNDİRİLMƏSİNƏ DAİR ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Son illər Qusar rayonunun sosial-iqtisadi inkişafı, turizm, yol və digər infrastruktur layihələrinin həyata keçirilməsi sahəsində bir sıra mühüm işlər görülmüşdür. Bu istiqamətdə görülən tədbirlərin daha da sürətləndirilməsi, o cümlədən 16 min nəfərə yaxın sakini olan 27 kəndi birləşdirən Samur-Həzrə yolunun yenidən qurulması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Samur-Həzrə yolunun yenidən qurulması məqsədi ilə Qusar rayon İcra Hakimiyyətinə 6,5 milyon (altı milyon beş yüz min) manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin ödənilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin