REGİONLAR
QUŞÇULUQ MƏHSULLARININ NÖVBƏTİ YARMARKALARI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 6-da Bakı şəhərində quşçuluq məhsullarının növbəti yarmarkaları keçirilmişdir.
İqtisadi İnkişaf Nazirliyi və Respublika Quşçular Cəmiyyətinin birgə təşkil etdikləri satış-yarmarkalar Bakı şəhərinin “Təzə bazar” MMC-də, 3-cü mikrorayon, Nəsimi və Sabunçu bazarlarında, Yeni Günəşli və digər yerlərdə keçirilmişdir.
Yarmarkalarda alıcılara keyfiyyətli və bazar qiymətlərindən ucuz mallar təklif olunmuşdur. “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada Hövsan, İmişli, Goradil, Giləzi, Biləsuvar broyler fabriklərindən gətirilmiş yumurtanın 1 ədədi 7-10 qəpiyə, keyfiyyətli quş ətinin hər kiloqramı 2 manat 40 -2 manat 60 qəpiyə, içalat 2 manat 20 qəpiyə satılmışdır.
Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev bildirmişdir ki, bu gün şəhərin 8 yarmarkasında satışa 20-22 ton toyuq əti və 500 min ədəd yumurta çıxarılmışdır.