REGİONLAR
QUŞ ƏTİ VƏ YUMURTA SATIŞI ÜZRƏ İXTİSASLAŞMIŞ YARMARKALAR DAVAM ETDİRİLİR
Respublika Quşçular Cəmiyyətinin (QC) mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əhalinin keyfiyyətli quş əti və yumurta məhsullarına olan tələbatı və əvvəlki yarmarkaların yüksək səviyyədə keçirildiyi nəzərə alınaraq, ölkə ərazisində quş əti və yumurta satışı üzrə ixtisaslaşmış yarmarkalar davam etdirilir.
Növbəti belə ixtisaslaşmış yarmarka İqtisadi İnkişaf Nazirliyi, QC və Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə aprelin 23-də Gəncə şəhərində, dəmir yolu vağzalının qarşısındakı meydanda keçiriləcəkdir. Yarmarkada alıcılara keyfiyyətli və bazar qiymətindən ucuz məhsullar təklif olunacaqdır. QC və ona daxil olan quşçuluq təsərrüfatları yarmarkaya çıxarılan məhsulların təhlükəsizliyinə tam zəmanət verirlər.