RƏSMİ SƏNƏDLƏR


Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə, 96-cı maddəsinə və 97-ci maddəsinin II hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hakimi Qasım Vəli oğlu Əliyev vəzifəsi dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                         O.Əsədov

Bakı şəhəri, 13 fevral 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin