ELM VƏ TƏHSİL


Qabiliyyət imtahanlarına cəlb ediləcək ekspertlərin reyestri ilə bağlı növbəti treninq

Bakı, 12 fevral, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən qabiliyyət imtahanlarına cəlb ediləcək ekspertlərin reyestri – Qabiliyyət İnformasiya Sistemi (QABİS) ilə bağlı növbəti treninq keçirilib. Onlayn treninqdə orta ixtisas təhsili müəssisəsinin nümayəndələri iştirak ediblər.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, iştirakçılara QABİS haqqında məlumat verilib, ümumilikdə 50-yə yaxın ali və orta ixtisas təhsili müəssisəsini özündə birləşdirən QABİS-in xüsusi qabiliyyət imtahanlarının daha təkmil həyata keçirilməsində gələcək rolu vurğulanıb.

QABİS-in yaradılmasının məqsədi peşəkar müəllimlərin imtahanlara cəlb edilməsinin genişləndirilməsi və kadr hazırlığını həyata keçirən təhsil müəssisələri ilə daha sıx əməkdaşlıq etməkdir. Onlayn treninqdə orta ixtisas təhsili müəssisəsi tərəfindən təyin edilmiş məsul katiblərə QABİS-də necə işləmək haqqında ətraflı məlumat verilib. Sonda iştirakçıların sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.