DÜNYA


Qabor Qion: Macarıstan iqtisadi uğurun örnəyidir

Budapeşt, 13 aprel, AZƏRTAC 

Macarıstan iqtisadiyyatda uğur qazanmağın bir örnəyidir.

AZƏRTAC xəbər verir ki, bunu ölkənin Maliyyə Nazirliyinin dövlət katibi Qabor Qion bəyan edib. O, jurnalistlərə bildirib ki, Beynəlxalq Valyuta Fondunun Avropa ilə bağlı son proqnozu Macarıstan istisna olmaqla, Köhnə qitənin bütün dövlətlərində iqtisadi artımın zəifləyəcəyini nəzərdə tutur. “Beynəlxalq Valyuta Fondu Macarıstan iqtisadiyyatının gələcəkdə də artacağını proqnozlaşdırır”, - deyən Q.Qion Macarıstanda demoqrafik proseslərin müsbət istiqamətdə inkişafının dəstəklənməsi, çoxuşaqlı ailələr üçün vergi yükünün azaldılması sahəsində hökumətin həyata keçirəcəyi tədbirləri də açıqlayıb.

Dövlət katibi əlavə edib: “Mən Vaşinqtonda bizim demoqrafik proqram və Macarıstan iqtisadiyyatının vəziyyəti barədə danışdım. Hökumətin gəlir vergisinin azaldılması və əlavə dəyər vergisinin artırılması üzrə strateji kursunu ətraflı təqdim etdim. Bunların korporativ vergilərlə vəhdəti işsizliyin səviyyəsinin azaldılmasına və sərmayələrin artmasına gətirib çıxaracaq”.

 

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.