İDMAN


Qabriel Qamba: Bakıya səfərim mənim üçün uğurlu oldu

Bakı, 24 iyul, AZƏRTAC

Yer tutduğum üçün çox sevincliyəm. Yarışlara hazırlaşarkən birinci yer qazanacağıma ümid etmirdim. Ancaq nə qədər olsa qəlbimdə bir qığılcım var idi.

Bu sözləri “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının idman gəzişi növündə qızıl medal qazanan italiyalı atlet Qabriel Qamba AZƏRTAC-a müsahibəsində deyib.

Yarış barədə təəssüratlarını bölüşən İtaliya təmsilçisi söyləyib: “Yarış zamanı İspaniya təmsilçisi Paul Makqratdan arxada qaçırdım. Bütün gücümü toplayıb finişə az qalmış onu keçə bildim. Bu mənim üçün gözlənilməz oldu. Atletlər kəndində qələbəmi idmançı dostlarımla qeyd edəcəyəm. Bakıya səfərim mənim üçün uğurlu oldu. Buradan zəngin təəssüratlarla vətənə dönəcəyəm. Tezliklə İtaliyaya qayıtmaq istəyirəm. Orada məni valideynlərim gözləyir. Qələbəmi onlarla bölüşmək arzusundayam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.