DÜNYA


Qabriel Qarsia Markesə yazılmış naməlum məktublar tapılıb

Bakı, 17 iyun, AZƏRTAC

1982-ci il ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsia Makresin Mexikodakı evindən ona yazılmış naməlum məktublar tapılıb.

AZƏRTAC Euronews-a istinadla xəbər verir ki, Pablo Neruda, Fidel Kastro, subkomandante Markos, Bill Klinton və Vudi Allenin məktubları da daxil olmaqla, əvvəllər məlum olmayan 150 məktub yazıçının nəvəsi tərəfindən təsadüfən aşkar edilib.

Yenicə tapılmış məktublar yazıçının Nobel mükafatını almasının 40 illik yubileyi şərəfinə avqustun 15-dək Mexikoda Markes ailəsinin evində nümayiş etdiriləcək.

Tapılan məktublar daha sonra Ostin Universitetində mükafatçının sənədli irsinin bir hissəsinə çevriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.