CƏMİYYƏT


Qaçaqmalçılıq yolu ilə gətirilən pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb

Bakı, 31 iyul, AZƏRTAC

Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda pirotexniki vasitənin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “Opel Vectra” markalı avtomobil Qazax rayonu ərazisində saxlanılıb.

Vətəndaş Elşad Əhmədovun idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada pirotexniki vasitələrin olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində cəmi 751 ədəd müxtəlif markalı pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.