CƏMİYYƏT
Qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlərin realizə edilməsinin qarşısı alınıb
Bakı, 14 aprel, AZƏRTAC
Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri nəticəsində, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “VAZ-2106” markalı, “50CL657” dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri, Nərimanov rayonu ərazisində saxlanılıb və avtomobilə gömrük baxışı keçirilib.
Yoxlama zamanı, avtomobildə Azərbaycan Respublikasının vətəndaşı Zülfüqar Əyyub oğlu Tapdıqovun satdığı 29 min 200 ədəd aksiz markasız xarici markalı siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.