CƏMİYYƏT
Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb
Bakı, 30 iyul, AZƏRTAC
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markasız spirtli içkinin realizə edilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan Azərbaycana sərnişin daşıyan “Mercedes-Benz 0403” markalı avtomobil Tovuz rayonu ərazisində saxlanılıb.
Gürcüstan vətəndaşı Turan Nəbiyevin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı, orada spirtli içkilərin olduğu müəyyən edilib. Daha sonra Tovuz Gömrük İdarəsinə gətirilən avtomobilə ətraflı baxış keçirilib.
Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində olan 7 ədəd sellofan torbada cəmi 95 ədəd 1 litrlik müxtəlif adda araq aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.