CƏMİYYƏT


Qaçırdığı avtomobillə qəza törədən şəxs saxlanılıb

Bakı, 13 yanvar, AZƏRTAC

Yanvarın 9-na keçən gecə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə Bakı şəhər sakini Valeh Məsimovun “Chevrolet” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən şəxs hadisənin 7-ci Alatava yaşayış sahəsində baş verdiyini bildirib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobil həmin gün saat 23 radələrində İsmayıllı rayonunun Zərgəran kəndi ərazisində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən yolun kənarındakı ağaca vurulmuş vəziyyətdə tapılıb.

Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxs müəyyən edilib. Belə ki, 29-cu polis bölməsi və Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə avtomobili qaçırmaqda şübhəli bilinən Şəki şəhər sakini Seymur Əsgərov saxlanılıb.

Araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.