DÜNYA


Qaçqınların ABŞ-a qəbul limiti rekord aşağı səviyyəyə - 15 min nəfərə endirilib

Bakı, 28 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp 2021-ci maliyyə ilində (oktyabrın 1-də başlayıb) qaçqınların qəbul limitini 1980-ci ildən bəri ən aşağı səviyyəyə - 15 min nəfərə endirib.

AZƏRTAC “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, müvafiq memorandum Ağ ev tərəfindən dərc olunub.

“2021-ci maliyyə ili ərzində 15 minə qədər qaçqının qəbulu humanitar vəziyyətə əsaslanır və ya milli maraqlara cavab verir”, - sənəddə belə deyilir. Donald Tramp, həmçinin “humanitar vəziyyəti daha çox narahatlıq doğuran insanlar istisna olmaqla” Yəmən, Suriya və Somali vətəndaşlarının ölkəyə qaçqın kimi qəbul olunmayacağını vurğulayıb.

Qeyd edək ki, 2020-ci maliyyə ilində ABŞ tərəfindən qaçqınların qəbulu limiti 18 min nəfər, 2019-cu ildə isə 30 min nəfər idi. Sonuncu dəfə 15 minlik limit 1980-ci ildə qeydə alınmışdı. Lakin sonradan qaçqınların qəbulu barədə xüsusi qanun qəbul edilmiş və limit 50 min nəfərədək artırılmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.