CƏMİYYƏT


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatı

Bakı, 16 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də axşam radələrində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı “Qızılqum” sanatoriyasının beşmərtəbəli binasında qəza vəziyyətinin yaranması barədə məlumat daxil olub.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Komitə sədri Rövşən Rzayev və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev hadisə yerində olublar. Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin nümayəndələrinin iştirakı ilə binaya baxış keçirilib.

Binanın beton konstruksiyalarında qüsurlar qeydə alındığı üçün məcburi köçkünlərə binanı tərk etmək tövsiyə olunub. Fövqəladə Hallar Nazirliyi məcburi köçkünlərin gecələməsi üçün ərazidə çadırlar, səhra mətbəxi və yeməkxana qurub. Ərazi işıqlandırılması üçün “Azərişıq” ASC tərəfindən transformatorla təmin edilib.

Sentyabrın 16-da Fövqəladə Hallar Nazirliyi qəzalı vəziyyətdə olan binadan sakinlərin təxliyyəsinin vacibliyini bildirib. Hazırda binada müvəqqəti məskunlaşmış 98 məcburi köçkün ailəsinin kirayə mənzillərə köçürülməsi üçün Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər görülür.

Dövlət Komitəsi həmin ailələri Bakı şəhərinin Sabunçu rayonu ərazisində məcburi köçkünlər üçün tikilən, gələn ilin əvvəllərində istifadəyə veriləcək yeni yaşayış kompleksində yerləşdirməyi nəzərdə tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.