İQTİSADİYYAT


Qadın biznes inkubatorların yaradılması müzakirə edilib

Bakı, 23 may, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşkilatçılığı ilə növbəti dəyirmi masa "Qadın biznes inkubatorlarının yaradılmasının təşviqi" mövzusuna həsr olunub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, qadın sahibkarların və "Kənd Qadınları" Assosiasiyasının iştirakı ilə keçirilmiş tədbirdə ölkəmizdə qadın sahibkarlığın inkişafı, bu sahədə dövlət dəstəyi tədbirlərinə dair sahibkarların fikirləri və təklifləri dinlənilib.

Dəyirmi masada "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair" Strateji Yol Xəritəsinə uyğun olaraq, qadın biznes inkubatorlarının yaradılmasının təşviq edilməsi, bunun mikro və kiçik sahibkarlığın inkişafında əhəmiyyəti vurğulanıb, bu sahədə müzakirələr aparılıb.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi qadın sahibkarlığının inkişafını təşviq etmək, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirir. Qadınların sahibkarlıq, bu sahədə yeniliklər, dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər – təlim, seminar və dəyirmi masalar təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.