İDMAN


Qadın boksçularımızın dünya çempionatındakı ilk rəqibləri bəlli olub

Bakı, 15 mart, AZƏRTAC

Hindistanın paytaxtı Yeni Dehlidə qadın boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, püşkə əsasən, Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub.

Milli komandamızın üzvlərindən Günel Rəhimova (48 kq) serbiyalı Snejana Silykoviç, Anaxanım İsmayılova (50 kq) Zarin Nihad (Hindistan), Zeynəb Rəhimova (54 kq) Lethokule Sibisi (CAR), Məhsəti Həmzəyeva (57 kq) Yeni Zelandiya təmsilçisi Cennifer Peters, Şəhla Allahverdiyeva (66 kq) Mariya Ernandes (Dominikan Respublikası), Aynur Rzayeva (+81 kq) Angel Corc Eyed (Trinidad və Tobaqo) - Kelin Li-Lo (Yeni Zelandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. Altmış beş ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.