İDMAN


Qadın cüdoçularımız Avropa kuboku yarışlarında mübarizəni dayandırıblar

Bakı, 16 fevral, AZƏRTAC 

Azərbaycanın qadın cüdoçuları Avstriyanın Overvart şəhərində keçirilən Avropa kuboku turnirində mübarizəni dayandırıblar.

AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, cüdoçumuz Nuriyyə Axundova (63 kq) çexiyalı Mikaela Kulikovanı məğlub etsə də, ikinci görüşdə avstriyalı Maqdalena Krssakovanın öhdəsindən gələ bilməyib.

Digər idmançılarımız - Şəfəq Həmidova (48 kq) belçikalı Ellen Salensə, Günel Həsənli (70 kq) isə almaniyalı Nina Agneta Rikenə məğlub olublar.

Turnirdə üç idmançı ilə təmsil olunan komandamız mübarizəni dayandırıb.

Avropa kubokunda 35 ölkədən 209 idmançı mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.