İDMAN


Qadın cüdoçularımız yeni qaydalarla bağlı keçirilən seminarda iştirak ediblər

Bakı, 25 yanvar, AZƏRTAC

Cüdoçular üçün beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzenin iştirakı ilə keçirilən seminar davam edir.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, günün birinci seminarı yanvarın 25-də “Atilla” klubunun təlim-məşq mərkəzində təşkil olunub. Təlimdə Azərbaycanın qadınlardan ibarət milli komandasının məşqçiləri, idmançıları və hakimləri iştirak ediblər.

Seminarda V.Nutsubidze tərəfindən Beynəlxalq Cüdo Federasiyasının (IJF) tətbiq etdiyi yeni qaydalar haqqında ətraflı məlumat verilib və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.

Qeyd edək ki, cüdoda yeni qaydalarla bağlı seminar yanvarın 24-də başlayıb və bu gün başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.