İDMAN
Qadın futbolçular arasında dünya çempionatının rəsmi topu təqdim olunub
Bakı, 24 yanvar, AZƏRTAC
“Adidas” şirkəti qadın futbolçular arasında keçiriləcək dünya çempionatının rəsmi topunu təqdim edib.
AZƏRTAC xəbər verir ki, bu barədə şirkətin rəsmi saytı məlumat yayıb.
Bu il iyulun 20-dən avqustun 20-dək Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının rəsmi topunun adı “Oceanunz”dur. Adın mənası Okeaniya zonasında yerləşən iki ölkəni – Avstraliya və Yeni Zelandiyanı ifadə edir.
Göy və yaşıl rənglərdən ibarət topun üzərindəki çalarlar Avstraliya landşaftı, Yeni Zelandiyanın geniş dağ silsilələri və Avstraliyanın Hind Okeanı ilə əlaqəsindən ilhamlanaraq yaradılıb.
Yanvarın 25-dən satışa çıxarılacaq top 150 avro olaraq qiymətləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]