Qadın futbolçulardan ibarət İngiltərə millisi ilk dəfə Avropa çempionu olub
AzerTAg.az
Bakı, 31 iyul, AZƏRTAC
Qadın futbolçulardan ibarət İngiltərə millisi Avropa çempionu olub.
AZƏRTAC xəbər verir ki, İngiltərənin ev sahibliyi etdiyi çempionatın finalında yerli komanda ilə Almaniya milisi üz-üzə gəlib.
Londondakı "Uembli" stadionunda keçirilən oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. İngiltərə millisinin heyətində Ella Tun, rəqib komandadan isə Lina Maqull fərqləniblər.
Qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Belə ki, matçın 111-ci dəqiqəsində ingiltətəli futbolçu Kloi Kelli komandasının qələbə topunu vurub.
Beləliklə, görüş İngiltərə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb və komanda tarixində ilk dəfə qitə çempionu olub.
Qeyd edək ki, yarımfinalda İngiltərə İsveçi 4:0, Almaniya isə Fransanı 2:1 hesabı ilə üstələyib.

Xəbərin mətnində orfoqrafik səhv var