İDMAN


Qadın futbolçulardan ibarət Kanada və İsveç yığmaları Tokio Olimpiadasının finalına yüksəliblər

Bakı, 3 avqust, AZƏRTAC

Qadın futbolçulardan ibarət Kanada və İsveç yığmaları Tokio Olimpiadasının finalına yüksəliblər.

AZƏRTAC xəbər verir ki, yarımfinalda Kanada millisi ABŞ-ı, İsveç yığması isə Avstraliyanı 1:0 hesabı ilə məğlub edib.

Üçüncü yer uğrunda - ABŞ və Avstraliya yığmaları arasında oyun avqustun 5-də təşkil olunacaq. Final matçı isə bir gün sonra baş tutacaq.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.