İDMAN


Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə başlayırlar

Bakı, 21 aprel, AZƏRTAC

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, çempionatın üçüncü günündə - aprelin 21-də qadın güləşçilər mübarizə qoşulacaqlar.

Güləşçilərimizdən Mariya Stadnik (50 kq) Yekaterina Poleşçuk (Rusiya), Elis Manolova (68 kq) isveçli Tindra Syoeberq (İsveç), Səbirə Əliyeva (76 kq) isə Estoniya idmançısı Epp Maee ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.