İDMAN
Qadın güləşçilərimiz Bolqarıstanda təlim-məşq toplanışında iştirak edirlər
Bakı, 2 iyun, AZƏRTAC
Olimpiya Oyunlarında güləş yarışlarının başlamasına 2 aydan az vaxt qalıb. Güləş üzrə yığmalarımız Tokio Olimpiadasına hazırlıqları intensiv şəkildə davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, qadın güləşçilərimiz Bolqarıstanda təlim-məşq toplanışı keçirlər. Mayın 24-dən start verilən hazırlıq prosesi iyunun 8-dək davam edəcək. Yerli komanda ilə birgə təlim-məşq toplanışında baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik, Türkan Nəsirova (hər ikisi 50 kq) və Elis Manolova (68 kq) iştirak edir. Bolqarıstanın dağlıq bölgəsi olan Belmekendə keçirilən məşqlərdə həm fiziki, həm də taktiki-texniki çalışmalara üstünlük verilir.
Qeyd edək ki, toplanış başa çatdıqdan sonra M.Stadnik və E.Manolovanın Polşanın paytaxtı Varşavada baş tutacaq reytinq xarakterli beynəlxalq turnirdə iştirakı nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [21:10]
Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
- 19.04.2024 [19:57]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub
- 19.04.2024 [19:15]
Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb
- 19.04.2024 [18:07]
FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]