İDMAN


Qadın güləşçilərimiz Türkiyədə təlim-məşq toplanışında iştirak edirlər VİDEO

Bakı, 18 yanvar, AZƏRTAC

Qadın güləşçilərdən ibarət Azərbaycan yığması 2019-cu ildə ilk təlim-məşq toplanışını Türkiyədə keçirir.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yanvarın 16-dan baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Kayseridə hazırlığa start verən millimiz ayın sonunadək burada əsasən fiziki hazırlığı yüksəltmək istiqamətində məşqlərini davam etdirəcək.

Toplanış Türkiyə və Rumıniya yığmaları ilə birgə keçirilir.

Qeyd edək ki, komandamız toplanışı başa vurduqdan sonra fevralın ilk günlərində Fransanın Nitsa şəhərində təşkil olunacaq “Qran-Pri”də qüvvəsini sınayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.