İDMAN


Qadın güləşçilərimiz Ukraynada təlim-məşq toplanışını davam etdirirlər

Bakı, 16 fevral, AZƏRTAC

Qadın güləşi üzrə yığmamız Ukraynada təlim-məşq toplanışını davam etdirir.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Kiyevdə hazırlıq prosesinə start verən millimizin heyətində 9 idmançı yer alıb. Fevralın 25-dək davam edəcək toplanışda baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) iştirak edirlər.

“Konça-Zaspa” Olimpiya Mərkəzində baş tutan hazırlıq prosesində 12 ölkənin komandası yer alıb. Ukrayna və Azərbaycan yığmaları ilə yanaşı, Türkiyə, Özbəkistan, Moldova, Rumıniya, Bolqarıstan, Litva, Norveç, İsveç, Macarıstan və Belarus milliləri Kiyevdə təşkil olunan birgə toplanışa qatılıblar. Həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində qurulan təlim-məşq toplanışı qarşıdan gələn mühüm yarışlara, o cümlədən Avropa Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, komandamız toplanış başa çatdıqdan sonra fevralın 26-dan 28-dək Kiyevdə keçiriləcək Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirə turnirində qüvvəsini sınayacaq. Bu, komandamızın 2021-ci ildə qatılacağı ilk yarış olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.