İDMAN


Qadın güləşçilərimiz çimərlik güləşi üzrə məşqlərə start veriblər

Bakı, 8 sentyabr, AZƏRTAC

Sentyabrın 8-də yeniyetmələr, gənclər və böyüklərdən ibarət qadın güləşçilərimiz çimərlik güləşi üzrə məşqlərə start veriblər.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, güləşin bu növü üzrə məşqlərin həftədə iki dəfə keçirilməsi nəzərdə tutulub. Çimərlik güləşi üzrə dünya çempionu Oyan Nəzəriani hazırlıq prosesində qadın güləşçiləri qaydalarla tanış edib. Daha sonra müxtəlif çəkilər üzrə sınaq xarakterli görüşlər keçirilib. Qarşılaşmalar maraqlı və gərgin idman mübarizəsi şəraitində keçib.

Azərbaycan Güləş Federasiyası çimərlik güləşinin inkişafı üçün müxtəlif addımlar atır. Bunlardan biri də payız, qış və yaz aylarında məşq edə bilmək üçün qapalı məkanın istifadəyə verilməsidir. Artıq Olimpiya Güləş Mərkəzinin ərazisində çimərlik güləşi üzrə zal tam hazır vəziyyətə gətirilib. Dünya Güləş Birliyinin tətbiq etdiyi standartlara uyğun olaraq hazırlanan və yüksək keyfiyyətli qumla təchiz olunmuş çimərlik güləşi zalı karantin başa çatdıqdan sonra güləşçilərin ixtiyarına veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.