İDMAN


Qadın güləşçilərimiz dünya çempionatına Bakıda hazırlaşırlar

Bakı, 23 oktyabr, AZƏRTAC

Noyabrın 1-dən 7-dək Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, mundialda iştirak edəcək qadın güləşçilərdən ibarət millimiz Bakıda məşqləri davam etdirir.

Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı oktyabrın 31-dək davam edəcək. Məşqlərini Olimpiya Güləş Mərkəzində keçən yığmamız noyabrın 1-də Serbiyaya yollanacaq.

Qeyd edək ki, qadın güləşçilər noyabrın 3-dən 5-dək dünya çempionatında çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.