İDMAN


Qadın güləşçilərimiz dünya çempionatına Türkiyədə hazırlaşırlar

Bakı, 19 avqust, AZƏRTAC

Qadınlardan ibarət güləş yığmamız Türkiyənin Sarıyer şəhərində təlim-məşq toplanışını davam etdirir.

AZƏRTAC xəbər verir ki, avqustun 24-dək davam edəcək hazırlıq prosesi gələn ay Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.

Türkiyə və Monqolustan milliləri ilə birgə təşkil edilən hazırlıq prosesi əsasən fiziki hazırlıq üzərində qurulub.

Qeyd edək ki, komandamız son hazırlıq prosesini Qazaxıstanda keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.